DÜNYANIN

Məni tanıyan yox, məni görən yox, 
Adamı deyiləm mən bu dünyanın. 
Nə bir qadağa yox, nə bir törən yox, 
Nəyinə əyiləm mən bu dünyanın!

Çoxları dünyanın tazısı olub, 
Bəzilər seçilib qazısı olub, 
Tanrıdan arzumdu, yazısı olub, 
Alnına döyüləm mən bu dünyanın!

Olmasın bir kimsə qohumsuz, yadsız, 
Keçməsin həyatı vüsalsız, dadsız, 
Təvəkkül, olmaram imzasız, adsız , 
Dişində yeyiləm mən bu dünyanın!



Təvəkkül Goruslu. 2019
www.kafiye.net