QAYITMAZ OLUB

Nə dünya cənnət oldu, nə qəriblik cəhənnəm,
Unudulan Qarabağ indi əlçatmaz olub!
Xəcalət yeyir məni, qalmayıbdı bəhanəm,
Qarabağ şikəstəsi xalqı oyatmaz olub!

İllər keçir, ötüşür, səsimizi alıblar,
Ruhumuz gücdən düşüb, “cadu- piti” qılıblar,
Bizi şəffaf qəfəsə- bir zindana salıblar,
Qarabağ indən belə daha qayıtmaz olub!

Asılsın boynumuzdan qeyrət, namus çələngi,
Qisas hissi oyatsın içdə yatan pələngi.
Bax orda dalğalansın ay- ulduzu, üç rəngi,
Qrabağı bayrağım, əfsus, boyatmaz olub!!!

Təvəkkül Goruslu. 15.08.2019.
www.kafiye.net