DÜŞƏCƏK

Bir azca avamdı, bir az lorudu,
Qınama özünü yetm sanacaq.
Qəlbim kristaldı, dağ büllurudu,
Toxunma kövrəkdi, düşüb sınacaq!

Taledən incikdi, yazıdan incik,
Dərd , ələm toxunur, dəyir, çat verir!
Ömür aşiq kimi, dünya gəlincik,
İztirab verəndə əlli qat verir!

Bir yaşıl yarpaqdı eşq budağında,
Payızın qırovlu nəfəsin duyur!
Küləklər açdıqca iz saplağında,
Üzünü sellənən yağışlar yuyur!

Hələki dayanır, hələki durur,
Düşəndə eləcə çılpaq düşəcək!
Nə fayda arzular, diləklər qurur,
Qismətə bir ovuc torpaq düşəcək!

Təvəkkül Goruslu. 31.07.2019.
www.kafiye.net