Kategoriler

Arşivler

Təvəkkül Goruslu Kategoriler

Tarih 30 May 2020 Kategori: Təvəkkül Goruslu

AZƏRBAYCAN BAYRAĞI

RESPUBLİKA GÜNÜMÜZ MÜBARƏK, HƏMVƏTƏNLƏRİM! AZƏRBAYCAN BAYRAĞI Namusumun örpəyi, qürurumun baş tacı,Yaralarım saranım, bütövlüyün ilacı,İstiqlalın simvolu, müstəqillik əlacı,Ölkəmə nurun saçan, azadlığın çırağı,Zirvələri fəth edən, Azərbaycan Bayrağı! Rənglərində özgürlük, rənglərində din, iman,Rənginə hopub tarix, rənginə hopub zaman,Rəngində şəhid qanı, rəngindən qeyrət daman,Cismim tutan dirəyi, başım üstü durağı,Varsan, sənə can fəda, Azərbaycan Bayrağı! Günəşdən min rəng alan, küləklə […]

Tarih 27 May 2020 Kategori: Təvəkkül Goruslu

YALIN SÖZLƏRİ

YALIN SÖZLƏRİ Qəlbimdə bir məchul hərlənir çoxdan,Onu həll etməkdə aciz deyiləm.İnsanı yaratmış Allahım yoxdan,Mən haqdan yarandım, ucuz deyiləm! Könlümü dalayır xırda tərpəniş,Nələri görürəm, nələr duyuram.Məni inandırmır görülən hər iş,Təbliğat bilirəm, yanlış sayıram. İri balıqlardı böyük ölkələr,Xırda məmləkəti kilkə sanırlar.Ədalət qışqırır yazıq kilkələr,Naqqalar çoxdandı haqqı danırlar. Himayə görüncə bəzi kiçiklər,Üfrülüb olurlar köpək balığı.Dişlərin qıcırdıb həmin küçüklər,Unudur […]

Tarih 22 May 2020 Kategori: Təvəkkül Goruslu

QİYAMƏTƏ QALMASIN

QİYAMƏTƏ QALMASIN Şuşa deyir vur məni,Vur, söyləyir, Qarabağ!Vur ağlasın erməni,Qışqırır vətən, torpaq! Çağırır bizi vətən,El, oba fəryad edir!Bizdəndir hər il itən,Söhbət qeyrətdən gedir. Vur düşməni, vur oğul,Vur dağda, hər dərədə.Oyan oğul, dur oğul,Boz qurd yatır hərədə. Düşmənin qanı üçün,Qalx, nifrətin susasın!Qiyamətə qalmasın,İntiqamın, qisasın! Təvəkkül Goruslu. 21. 05. 2020www.kafiye.net

Tarih 16 May 2020 Kategori: Təvəkkül Goruslu

RUHUM

RUHUM Bir ağrı yandırır cismimi mənim,Çırpınır içində göyərçin ruhum.Biçilib qutarmır kədərdən zəmim,Qurtulub uçammır bildirçin ruhum. Yerindən tərpənmir, qanad açammır,Dağları aşammır, bağa uçammır,Şadlıqlı, şənlikli çağa uçammır,Sevincə köç etmir sığırçın ruhum. Məğrurdu, dağların qartalı kimi,Ondadı qürurun, onurun cəmi,Özüdür loğmanı, özü həkimi,Qıy vurar, dirçələr bu Laçın ruhum! Təvəkkül Goruslu. 16. 05. 2020.www.kafiye.net

Tarih 15 May 2020 Kategori: Təvəkkül Goruslu

YAVAŞ-YAVAŞ

YAVAŞ-YAVAŞ Səhifənə nəzər etdim,Yazışırsan yavaş-yavaş.Sinirləndim , həzər etdim,Qızışırsan yavaş- yavaş. Quzu sifət nadanların,Kişilərə təklifi yox,Harda nəsə dadanların,Fikri qadın, məramı lox! Poeziya şeir-şeir,Tanrı ruhu, Tanrı dili.Bu bir tilsim, bu bir sehir,Onu duyar əqidəli. Əqidəsiz gəzir şəhvət,Gözü yanır ehtirasdan.Yoxdur ona fərqi, fəqət,Feysbukun bir trasdan! Qızıl papaq şikarında,Olan qurda aldanmayın.Nə bu gündə, nə yarında,Çirkablara bulanmayın! Təvəkkül Goruslu. 15.05.2020www.kafiye.net

Tarih 12 May 2020 Kategori: Təvəkkül Goruslu

İÇƏN DEYİLƏM

İÇƏN DEYİLƏM Şam bilmə özünü, məni pərvanə,Hər yanan işığa uçan deyiləm.Sevməyi bilirəm, amma divanəOlub səhralara qaçan deyiləm. Sevərsəm sevdiyim duyar eşqimi,Götürər qəlbinə qoyar eşqimi,Bir təkcə özümə qıyar eşqimi,Dörd yana eşq ətri saçan deyiləm. Dost desən dost kimi varam yanında,Səsləsən durmaram , gəlləm anında,Məhəbbət şairin yoxsa canında,Sevdayla qapını açan deyiləm. Təvəkkül həyatdan alır kamını,Dərk edib, vüsalın […]

Tarih 7 May 2020 Kategori: Təvəkkül Goruslu

DUYDUM

DUYDUM Sözlərinin rəngini,Vəznini, ahəngini,Kəlmələrin cəngini,Şair olandan duydum. Baxışla söz çaxmağı,Damarla söz axmağı,Nəfəslə söz yaxmağı,Şair olandan duydum. Sözlərə əl verməyi,Dindirib dil verməyi,Öldürüb il verməyi,Şair olandan duydum. Təvəkkül Goruslu. 07. 05. 2020www.kafiye.net

Tarih 4 May 2020 Kategori: Təvəkkül Goruslu

SEVİRƏM

SEVİRƏM Necədə gözəldi bu yaz səhəri,Al günəş qızdırır kəndi, şəhəri,Qurudur gözlərdən silir qəhəri,Könüldə gül açan yazı sevirəm. Hava da ətirli, bahar qoxuyur,Çəmənlər çiçəkdən xalı toxuyur,Qaratoyuq dinir, bülbül oxuyur,Könüldə dil açan yazı sevirəm. Hayana baxırsan bir başqa füsun,Ürəyi fəth edir təravət, ofsun,Üfüqdən uzadıb haləsin, qövsün,Könülə əl açan yazı sevirəm. Dolanıb dağları, çayı, meşəni,Oyadıb nərgizi, tər bənövşəni,İlaxır […]

Tarih 1 May 2020 Kategori: Təvəkkül Goruslu

BƏLA GƏLİNCƏ

BƏLA GƏLİNCƏ Dəyərlin bilməyib gözəl həyatın,Unudub kimliyin, unudub zatın,Hərə bir tərəfə çapırdı atın…Sükinət yarandı bəla gəlincə. Vahimə duyduqca qollar boşaldı,Bazarlar boşaldı, “mol”lar boşaldı,Səkilər boşaldı, yollar boşaldı,Küçələr darandı bəla gəlincə. Bayırda bir qisim çəkdikcə keşik,Süprüldü, silindi otaq, ev-eşik,Baxıldı, yuyuldu hər dəlik, deşik,Künc-bucaq arandı bəla gəlincə. Düşdükcə bəlaya, dərdə, azara,Qapılar bağlandı hər gülüzara,Özgə qəbirlərə, dərin məzara,Sıralar sırandı […]

Tarih 27 Nis 2020 Kategori: Təvəkkül Goruslu

SEVGİ OLMASAYDI

SEVGİ OLMASAYDI Sevgi olmasaydı dünyanın üzü,Qurumuş ağaca bənzərdi yəqin.Aşardı dağları, solardı düzü,Özü məhvərində dönərdi çətin! Sevgi olmasaydı olmazdı bəşər,Nə quşlar olardı, nə də ki, heyvan.Nə əxlaq olardı, nə xeyir, nə şər,Olmazdı ədalət , nə də ki, divan! Sevgi olmasaydı gündüz gecəyə,Gecə də gündüzə yerin verməzdi.Sevgi omasaydı çiçək böcəyə,Böcək də çiçəyə sirrin verməzdi! Sevgi olmasaydı Tanrı […]