RUHUM

Bir ağrı yandırır cismimi mənim,
Çırpınır içində göyərçin ruhum.
Biçilib qutarmır kədərdən zəmim,
Qurtulub uçammır bildirçin ruhum.

Yerindən tərpənmir, qanad açammır,
Dağları aşammır, bağa uçammır,
Şadlıqlı, şənlikli çağa uçammır,
Sevincə köç etmir sığırçın ruhum.

Məğrurdu, dağların qartalı kimi,
Ondadı qürurun, onurun cəmi,
Özüdür loğmanı, özü həkimi,
Qıy vurar, dirçələr bu Laçın ruhum!



Təvəkkül Goruslu. 16. 05. 2020.
www.kafiye.net