BƏLA GƏLİNCƏ

Dəyərlin bilməyib gözəl həyatın,
Unudub kimliyin, unudub zatın,
Hərə bir tərəfə çapırdı atın…
Sükinət yarandı bəla gəlincə.

Vahimə duyduqca qollar boşaldı,
Bazarlar boşaldı, “mol”lar boşaldı,
Səkilər boşaldı, yollar boşaldı,
Küçələr darandı bəla gəlincə.

Bayırda bir qisim çəkdikcə keşik,
Süprüldü, silindi otaq, ev-eşik,
Baxıldı, yuyuldu hər dəlik, deşik,
Künc-bucaq arandı bəla gəlincə.

Düşdükcə bəlaya, dərdə, azara,
Qapılar bağlandı hər gülüzara,
Özgə qəbirlərə, dərin məzara,
Sıralar sırandı bəla gəlincə.

Eşidib hər yerdə ahı, amanı,
Evlərə qapayıb vaxtı, zamanı,
Allahda bilincə həlli, gümanı,
Əllərdə “Quran”dı, bəla gəlincə!

Təvəkkül Goruslu. 29.04.2020
www.kafiye.net