DUYDUM

Sözlərinin rəngini,
Vəznini, ahəngini,
Kəlmələrin cəngini,
Şair olandan duydum.

Baxışla söz çaxmağı,
Damarla söz axmağı,
Nəfəslə söz yaxmağı,
Şair olandan duydum.

Sözlərə əl verməyi,
Dindirib dil verməyi,
Öldürüb il verməyi,
Şair olandan duydum.



Təvəkkül Goruslu. 07. 05. 2020
www.kafiye.net