Kategoriler

Arşivler

Punhane Eliyeva Kategoriler

Tarih 16 May 2015 Kategori: Punhane Eliyeva

Deyirsən Sev Məni

Deyirsən sev məni, qəlbində yer ver,
Axı istəmirəm daha bezdirim səni.
Madam ki,bu qədər israr edirsən,
Gəl biraz qəlbimdə gəzdirim səni.

Tarih 16 May 2015 Kategori: Punhane Eliyeva

Yenə Sahildəyəm

Yenə sahildəyəm həminki yerdə.
Mən tənha sən isə öz sevgilinlə.
Cavanlıq ötüşdü keçdi ömürdə.
Yenə oturmuşuq burda səninlə.
Mən tənha sən isə öz sevgilinlə.

Tarih 11 May 2015 Kategori: Punhane Eliyeva

Verin Mənə

Ürəkdə sevgiylə ocaq yandıran,
Bağrımı odlayan köz verin mənə.
Həsrət tufanını gözdə donduran,
Dağların qarından buz verin mənə.

Tarih 7 May 2015 Kategori: Punhane Eliyeva

Gözünü Silərəm

Birdə qovşaq deyib gəl ağlama,
Gözünü silərəm bəlkədə bir gün.
Bizi oda salıb yandiran o,dərdin,
Dərmanın bilərəm bəlkədə bir gün.

Tarih 28 Nis 2015 Kategori: Punhane Eliyeva

Buludam Doldum

Buludam doldum heç boşalmadım,
Ürək bir insaf et,dözmürəm daha.
O gözəl günlərin heç yaşamadım,
İnamda qalmayıb bu gün sabaha,
Ürək bir insaf et, dözmürəm daha

Tarih 28 Nis 2015 Kategori: Punhane Eliyeva

Bir Zaman

Bir vaxt ürəyimə yol axtarırdın,
Qəlbimi tapıb gözümdən düşdün.
Bir zaman sədaqət,vəfa deyirdin,
Dillərə düzülüb,gözümdən düşdün.

Tarih 23 Nis 2015 Kategori: Punhane Eliyeva

Mən Subay

O, sənli günlərim arxada qalıb.
Sensizlik məni derf-qeme salıb,
Allah eşk ağlımı başımdan alıb.
Söyle heç bunları düşünürsənmi?
Mən subay biriyəm,sən isə evli.

Tarih 12 Nis 2015 Kategori: Punhane Eliyeva

Tək-tənha

Tək-tənha oturub fikrə dalıram,
Uğursuz eşqin oduna yanıram.
Eşqin əzabıyla xəyallarımda,
Bitmiş sevdama şeir yazıram.

Tarih 12 Nis 2015 Kategori: Punhane Eliyeva

Səni Sevmişdim

Səni sevmişdim bu gənc yaşımda,
Bilməzdim sən məni tez unudarsan .
Unutma sevgilim bir gün həyatda,
Anlayıb bil dərk edib ağlayacaqsan.

Tarih 5 Nis 2015 Kategori: Punhane Eliyeva

Mən Səni

Mən səni unuda bilmirəm, axı,
Unutsam nələri unudam gərək.
Göylərə baxmışıq aylı gecədə
Unutsam göyləri unudam gərək!