Buludam Doldum

Buludam doldum heç boşalmadım,
Ürək bir insaf et,dözmürəm daha.
O gözəl günlərin heç yaşamadım,
İnamda qalmayıb bu gün sabaha,
Ürək bir insaf et, dözmürəm daha.

Pəncərəmi toz basıbdı silən yox.
Ümüdlərim eh qırılıbdı bilən yox.
Göz yaşımı əl uzadıb silən yox.
Bəlkə bir şikayət edim bir allaha.
Ürək bir insaf et,dözmürəm daha.

Solur otağımda dibçəkdə güllər,
Bəsləmir onları daha bəsləmir əllər.
Qalıbdı önümdə qələmlə,dəftər.
Qəm karvanı əyaq açıb otağa,
Ürək bir insaf et,dözmürəm daha.

Həyat çox acıimiş,şirin görmədim.
Tufan gəldi,hardan gəldi bilmədim.
Yaşamaq həvəsin allah niyə itirdim.
Tənha otaq baxıram hey sola-sağa.
Ürək bir insaf et,dözmürəm daha.

Pünhanəyəm,deyim vüqarım dünya.
Qəm-kədər görürəm baxsam haraya.
Artıq bir qonağm məndə bu dünyaya.
Allahım daha meylim düşüb torpağa.
Ürək bir insaf et,dözmürəm daha

Punhane Eliyeva
www.kafiye.net