Tək-tənha

Tək-tənha oturub fikrə dalıram,
Uğursuz eşqin oduna yanıram.
Eşqin əzabıyla xəyallarımda, 
Bitmiş sevdama şeir yazıram.

Qəlbim doludur yazıram hərdən,
Bir parça qalacaq xatirə məndən.
Həyatda şirinin həm acı dadmışam,
Sanki bu dünyada küsübdü məndən.

Deyirəm bu həyat necə amansız,
İnsanda özü-özünə nifrətlə baxır.
Kədər-qəm çox olur zalım amansız,
Qəmli gözlərimdən yaş seltək axır.

Pünhanə yatmıram xəyallarımla,
Qovrulub yerimdə hey odlanıram.
ƏL-ələ görəndə Vallah iki sevgili,
Həsrətlə onlara qəmgin baxıram.

Punhane Eliyeva
www.kafiye.net