Mən Səni

Mən səni unuda bilmirəm, axı,
Unutsam nələri unudam gərək.
Göylərə baxmışıq aylı gecədə
Unutsam göyləri unudam gərək!

Dənizi unudum eh ya dalğaları,
Xatirən yadımdan çıxaydı barı
Payızda xəzanı,qışdasa qarı,
Baharda gülləri unudam gərək!

De necə unudum mən səni necə?
Eh Sevgi durna dəyil payızda köçə.
Yuxuma gəlirsən mənim hər gecə,
Sənsiz ayları,illəri unudam gərək!

Sənin xəyalındır həsrətlə baxan,
Varlığdı hər saat qarşıma çıxan.
Qarışıb şəklinə gözümdən axan,
Göz yaşımla selləri unudam gərək!

Pünhanə pəşiman ürəyim qaldı,
Getdin ömrümdə həsrətin qaldı.
Sənsizlik də bax hicranım qaldı
Sənlə nələri,nələri unudam gərək.

Punhane Eliyeva
www.kafiye.net