Deyirsən Sev Məni

Deyirsən sev məni, qəlbində yer ver,
Axı istəmirəm daha bezdirim səni.
Madam ki,bu qədər israr edirsən,
Gəl biraz qəlbimdə gəzdirim səni.

Bu da yer umduğun qəlbin qapısı,
Cəftəsi əyilib eh burulubmu de?!
Sonuncu çıxan kəs çox əsəbiydi,
Qəzəblə çırpanda qırılıbmı de…?!

Bu üstü qurumlu,bu torlu qapı,
Səni vahiməyə salmasın qəti.
Buyur, ikiəlli özün qarşıla,ac,
Ömrünə biçilən bu tez aqibəti.

Pünhanə,cığırları bəzəyən naxış,
Eşkdə eh sensiz ümidin ləpirləridir.
Üstünü toz-torpaq basan o daşlar,
Bil daha ölmüş arzuların qəbirləridir…

Punhane Eliyeva
www.kafiye.net