Bir Zaman

Bir vaxt ürəyimə yol axtarırdın,
Qəlbimi tapıb gözümdən düşdün.
Bir zaman sədaqət,vəfa deyirdin,
Dillərə düzülüb,gözümdən düşdün.

Ruhumu oxşayan sevimli candın,
Içimdə alışıb sən içimdə yandın,
Bütün vücudumu gəzdin,dolandın,
Axır ki,süzülüb gözümdən düşdün.

Eh o yuxa ürəyim lal daşa döndü,
Ömrümün baharı sərt qışa döndü,
Varlığın gözümdə bir yaşa döndü,
Sadəcə sızılıb gözümdən düşdün.

İnsafsız əlinə xəyanət bayrağı alıb,
Qəlbimdən gözümə qəm yolu salıb,
Bir az kirpiyimdən sən sallaşı qalıb,
Nəhayət üzülüb gözümdən düşdün.

Pünhanə istəyirsən gəl məni qına,
Bil daha qoymaram qürurum sına,
Nadan vəfasızlar sən siyahısına,
Əbədi yazılıb gözümdən düşdün

Punhane Eliyeva
www.kafiye.net