Yenə Sahildəyəm

Yenə sahildəyəm həminki yerdə.
Mən tənha sən isə öz sevgilinlə.
Cavanlıq ötüşdü keçdi ömürdə.
Yenə oturmuşuq burda səninlə.
Mən tənha sən isə öz sevgilinlə.

Həminki günlərdi həminki sahil.
Ötsədə aradan bilsən neçə il.
İndi o duyğular mənimki deyil.
Təkcə xatirələr qalıb mənimlə,
Mən tənha sən isə öz sevgilinlə.

Ləpələrdə döyür sahili yaman.
Daşlara cirpilan,dəyişən zaman.
Aldı əllərimdən səni bu devran.
Xəzri o günləri gəl mənə söylə.
Mən tənha sən isə öz sevgilinlə.

Vəfası yox imiş ilk məhəbbətin.
Nədən,niyə doldu yaşla didələrin.
Çəkilmir üzümdən sənin gözlərin.
Mənsə danışıram coşan Xəzərlə.
Mən tənha sən isə öz sevgilinlə.

Yanından keçirəm baxırsan mənə.
Mən baxa bilmirəm o gözlərinə.
Baxıram qondarma olan sevginə.
Necə salamlaşım de,axı səninlə.
Mən tənha sən isə öz sevgilinlə.

Dəsmal çıxardıram alıb əlimə.
Çəkirəm yaş düşən didələrimə.
Bəlkə bir xəyalsan gəlib önümə?
Yox-yox bu sənsən öz gülüşünlə.
Mən tənha sən isə öz sevgilinlə.

Gəlir hardansa yenə köhnə dostumuz.
Pünhanə,bilirki ayrılıb bizim yolumuz.
Sorur ay sevdasız siz niyə durmusuz.
Ötüb keçirəm yenə mən burdan kədərlə.
Mən tənha sən isə öz sevgilinlə…..

 Punhane Eliyeva
www.kafiye.net