Verin Mənə

Ürəkdə sevgiylə ocaq yandıran,
Bağrımı odlayan köz verin mənə.
Həsrət tufanını gözdə donduran,
Dağların qarından buz verin mənə.

Eşqin göylərində sevgi adına,
Sevginin acılı,şirin dadına,
Gözümün yaşını eşqin oduna,
Simində ağladan saz verin mənə.

Məcnunu lal edən eşqinin gözü
Al qırmızı görən lalə nərgizi,
Yarın fərağından gecə,gündüzü,
Qanlı yaş axıdan göz verin mənə

Elliyəm zəncirli qandal qolumda,
Dəmir çarıqlarla eğqin yolunda,
Zalımın zülümü sağı solumda,
Yoxuşda bükülməz diz verin mənə.

Punhane Eliyeva
www.kafiye.net