Kategoriler

Arşivler

Fəridə Köçərli İbrahimova Kategoriler

Tarih 17 May 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Öyrəşirəm…

Öyrəşirəm… Hənirtinə mən yetmirəmÖyrəşirəm sənsizliyə.Güvənini hiss etmirəm,Öyrəşirəm sənsizliyə. Sevinməyə həvəsim yox,Nə küsməyə bir kəsim yox,Qızınmaga nəfəsin yox,Öyrəşirəm sənsizliyə. Yuxulardan uzaq ollam,Həsrət ilə yaşa dollamYaddan çıxan laylayınamÖyrəşirəm sənsizliyə. Könlüm sənə baglansa da,Hicranla qəlb daglansa da,Gözüm gizli aglasa daÖyrəşirəm sənsizliyə Əhvallaşıb sübh azannan,Xeyir-duan hər namaznan,Olsam da mən hər nazımnanÖyrəşirəm sənsizliyə. Bu taleyin bəd naxışıAyrılıga hələ naşı..Tək yaşıyıb,mən […]

Tarih 15 May 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Əmanət etdim

Saatın əqrəbi sınmasın, rəqəmləri təxmin etmək mümkün…Şeirin,ancaq son bəndi öz taleyim. Əmanət etdim Qalan ömrü sənlə bölüm, deyərək,Qəlbinə köçməyə qənaət etdim.Əmanəti xəyanətsiz öyərək,İnamı özümə dəlalət etdim,Ömrümü ömrünə əmanət etdim. Sən demə saymışam öz saydıgımı,Kim bilər Fələyin öz qoydugunu,Tək mənə qıymadı, O, qıydıgını,Seçilmiş bəndə tək fəqarət etdim,Ömrümü ömrünə əmanət etdim. Ucaltdım özümdən qat-qat yuxarı,Ac toyuq tapmazdı, […]

Tarih 14 May 2020 Kategori: Fəridə Köçərli İbrahimova

De nədən yazım?

Qardaşım qədər mənə dəyərli bir insan şeirimə yazdıgı rəyində; ,,Şeirləriniz oxuyanı qəmə yükləyir”fikiri məni aglatdı…təbii ki,o pis mənayla deməsə də… De nədən yazım? Qanım, köküm bəlli mənim millətə…Qoymayın yol azmış bir sarvan olum.Kim dözər otuz il bu müsübətə?Nə qədər bagçasız lal bagban olum?De bəs nədən yazım,ay qurban olum?Deyirsiz sizləri qəmə köklədim,İsti ocagında, dərdlə yüklədim.Təəsüf, sizlərdən […]

Tarih 9 May 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Əcdadın əmanət girov torpaga

Əcdadın əmanət girov torpaga May ayında Laçının alındıgı ay.Hələ də baş girliyirik…Elələrimiz də var; Deyir- hər yer Vətən, sənə nə fərqi?Yaşa, yaşayırsan, varmı qadaga?-Vətəndə vətənsiz çəkdiyim dərdi,Götürməz onu bil söyləsəm daga.Əcdadım əmanət girov torpaga. Özüm qapılarda yuva qurmuşam,Yaralı könlümə dözüm sarmışam,Sanki yad bagçanın yad barıymışam.Namus,qeyrətimiz kimə sadaga?Əcdadım əmanət girov torpaga. Qarnımı doydurum, illəri sayım,Yardımı xərcləyim, […]

Tarih 9 May 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Qayıtsam söyləmə, de, qayıdacam

Yaxın bir dost agı kimi deyilən, görüntüylə səsləndirilən bir vidio göndərib:-Daglar sənə qayıtsam,gəlsəm,torpagını,daşını yalıya bilsəm…Xanım olsa yenə dərd yarı…Niyə, bilsəm?Yolu bilmirsənmi?Kim aparacaq,əlindən tutub dagları sənə təhvil verəcək?!Bədahətən gələni yazdım. Qayıtsam söyləmə, de, qayıdacam Mahnı oxuyursan-daglar,a,daglar,Qayıtsam,daşına mən baş qoyacam…–Otuz il olacaq qalmısan aglar,Dönməsəm papagı, de,boş qoyacam,Qayıtsam söyləmə,de qayıdacam Qayıtsam deyirsən, kim qaytaracaq,,Tikanlı” yolları kim artlayacaq?Səbr partlamasa, […]

Tarih 6 May 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Elələrimiz də var;

Əcdadın əmanət girov torpagaMay ayında Laçının alındıgı ay.Hələ də baş girliyirik… Elələrimiz də var; Deyir- hər yer Vətən sənə, nə fərqi?Yaşa, yaşayırsan, nədir qadaga?-Vətəndə vətənsiz çəkdiyim dərdi,Götürməz onu bil söyləsəm daga.Əcdadım əmanət girov torpaga. Özüm qapılarda yuva qurmuşam,Yaralı könlümə dözüm sarmışam,Sanki yad bagçanın yad barıymışam.Namus,qeyrətimiz kimə sadaga?Əcdadım əmanət girov torpaga. Qarnımı doydurum, illəri sayım,Yardımı xərcləyim, […]

Tarih 6 May 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Yorulmaqdan yorulmaq bambaşqa olur

Yorulmaqdan yorulmaq bambaşqa olur Sən hardan biləsən ki, yorulmaq nədir?O agırlıq ayaqda, nə başda olur.Agızlarda qıfıldır, bogazda kəndir,Gözlərinsə çarəsi tək yaşda olur.Yorulmaqdan yorulmaq, bambaşqa olur. Otuz ildir həsrətə vurulmur yekun,Qeyrət, namus ölübdür, ya olub məhkum.Torpaga qərar üçün başqası hakim…İnsandakı soyuqluq tək daşda olur,Yorulmaqdan yorulmaq, bambaşqa olur. Dinləsən şəhidlərin son vəsiyyətin,Bitəcək otuz illik Vətən həsrətin.Keç düşmən […]

Tarih 6 May 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Qanımızla su içirək

Qanımızla su içirək Gücsüzlüyü boynumuza,Yad ölçüylə biçdirdilər.Öz iynəmiz-sapımızlaTikdirərək , geydirdilər.Vətən dagın bagrımlza,Qaçqınlıgı alnımızaMöhürləyib,Döz!–dedilər.Girovdakı bacımızaZorla düşmən doguzdurubBinamusa çevirdilər.Yetər , artıq!daha bəsdir!Bu töhməti bu millətəÇevirməyin, qeyrətliniVətənində biqeyrətə!Erməniyə qan udduranLaçındakı o məzarlarDönüb olub verdizorlar*Amin! Səbr!deyə-deyəBiz gedirik vecsizliyə…Qalxın! hammız havalanaq!,,AGILLILAR”düçününcən,Ayaq yalın,başı açıqDaglar aşıb ,çaylar kecək…Bagrı qanlı lalələriƏynimizə libas seçib,Cadar olmuş torpagımaQanımızla su içirək!Qanımızla su icirək! Fəridə Köçerli İbrahimova *Laçına […]

Tarih 4 May 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Döyənək imiş

Döyənək imiş Bakirə hissləri ünvanın bildim,Sən demə iş-peşən sülənmək imiş.Mənimçün dəyişməz bir iqlim idin,Peşən hər atəşə çilənmək imiş.Sən demə ürəyin döyənək imiş. Qaranlıgı günəş olub, bagladın,Buludları şimşək çaxıb, dagladın,Daş ürəkli mələk deyib,agladın,Məqsədin hörməti dilənmək imiş,Sən demə ürəyin döyənək imiş. Qəlbimin qoynunda yerini saldın,Özünü yüz rəngə, sifətə saldın.Sonda pisliklərlə üz-üzə qaldın,Niyyətin hissimlə əylənmək imişSən demə ürəyin […]

Tarih 4 May 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Yurd həsrətli duyumlar

Yurd həsrətli duyumlar ,,Bəlkə mən yanılmışam,əzəldən yoxmuş yurdum?”Bəs onda niyə susur mənim bu şanlı ordum? Elimi itirəndə aglımı itirəydim,Bəlkə, Laçın günlərin yaddaşda bitirəydim. Mala-mülkə hərislər Vətənə girişdilər,Başımızı tovlayıb, düşmənlə birləşdilər. Seçkinin,,həmrəyliyi” kaş qutuda bitməyə.Barı bu ilki vədlər,yenə təkrar itmiyə… Şəhidlərdir ömrüylə Vətənə can verənlər,Bəs kimdir Qarabagı, cibində gəzdirənlər? Nə qədər ki,satılan torpaqlar qayıtmayıb,Görəcəyik ölməyə, sonda […]