Yurd həsrətli duyumlar

,,Bəlkə mən yanılmışam,əzəldən yoxmuş yurdum?”
Bəs onda niyə susur mənim bu şanlı ordum?

Elimi itirəndə aglımı itirəydim,
Bəlkə, Laçın günlərin yaddaşda bitirəydim.

Mala-mülkə hərislər Vətənə girişdilər,
Başımızı tovlayıb, düşmənlə birləşdilər.

Seçkinin,,həmrəyliyi” kaş qutuda bitməyə.
Barı bu ilki vədlər,yenə təkrar itmiyə…

Şəhidlərdir ömrüylə Vətənə can verənlər,
Bəs kimdir Qarabagı, cibində gəzdirənlər?

Nə qədər ki,satılan torpaqlar qayıtmayıb,
Görəcəyik ölməyə, sonda torpaq qalmayıb.


Fəridə Köçərli.
20 yanvar 2020.
www.kafiye.net