Öyrəşirəm…

Hənirtinə mən yetmirəm
Öyrəşirəm sənsizliyə.
Güvənini hiss etmirəm,
Öyrəşirəm sənsizliyə.

Sevinməyə həvəsim yox,
Nə küsməyə bir kəsim yox,
Qızınmaga nəfəsin yox,
Öyrəşirəm sənsizliyə.

Yuxulardan uzaq ollam,
Həsrət ilə yaşa dollam
Yaddan çıxan laylayınam
Öyrəşirəm sənsizliyə.

Könlüm sənə baglansa da,
Hicranla qəlb daglansa da,
Gözüm gizli aglasa da
Öyrəşirəm sənsizliyə

Əhvallaşıb sübh azannan,
Xeyir-duan hər namaznan,
Olsam da mən hər nazımnan
Öyrəşirəm sənsizliyə.

Bu taleyin bəd naxışı
Ayrılıga hələ naşı..
Tək yaşıyıb,mən bu yaşı,
Öyrəşirəm sənsizliyə.



Fəridə Köçərli
www.kafiye.net