Döyənək imiş

Bakirə hissləri ünvanın bildim,
Sən demə iş-peşən sülənmək imiş.
Mənimçün dəyişməz bir iqlim idin,
Peşən hər atəşə çilənmək imiş.
Sən demə ürəyin döyənək imiş.

Qaranlıgı günəş olub, bagladın,
Buludları şimşək çaxıb, dagladın,
Daş ürəkli mələk deyib,agladın,
Məqsədin hörməti dilənmək imiş,
Sən demə ürəyin döyənək imiş.

Qəlbimin qoynunda yerini saldın,
Özünü yüz rəngə, sifətə saldın.
Sonda pisliklərlə üz-üzə qaldın,
Niyyətin hissimlə əylənmək imiş
Sən demə ürəyin döyənək imiş.



Fəridə Köçərli İbrahimova
www.kafiye.net