Qardaşım qədər mənə dəyərli bir insan şeirimə yazdıgı rəyində;

,,Şeirləriniz oxuyanı qəmə yükləyir”fikiri məni aglatdı…təbii ki,o pis mənayla deməsə də…



De nədən yazım?



Qanım, köküm bəlli mənim millətə…
Qoymayın yol azmış bir sarvan olum.
Kim dözər otuz il bu müsübətə?
Nə qədər bagçasız lal bagban olum?
De bəs nədən yazım,ay qurban olum?


Deyirsiz sizləri qəmə köklədim,
İsti ocagında, dərdlə yüklədim.
Təəsüf, sizlərdən dayaq bəklədim.
Dedin, küt çörəyə gəl urvan olum?
De bəs nədən yazım,ay qurban olum?


Fəridə, qəriblik səni təkləyir…
Vətən deyən qəlbim,dilim ləhləyir.
Laçın məzarlıgın düşmən ləkləyir.
Ayaqlar altında əcdadım ,ulum,
De bəs nədən yazım, ay qurban olum?



Fəridə Köçərli İbrahimova / 1.12.19.
www.kafiye.net