Əcdadın əmanət girov torpaga


May ayında Laçının alındıgı ay.Hələ də baş girliyirik…
Elələrimiz də var;

Deyir- hər yer Vətən, sənə nə fərqi?
Yaşa, yaşayırsan, varmı qadaga?
-Vətəndə vətənsiz çəkdiyim dərdi,
Götürməz onu bil söyləsəm daga.
Əcdadım əmanət girov torpaga.

Özüm qapılarda yuva qurmuşam,
Yaralı könlümə dözüm sarmışam,
Sanki yad bagçanın yad barıymışam.
Namus,qeyrətimiz kimə sadaga?
Əcdadım əmanət girov torpaga.

Qarnımı doydurum, illəri sayım,
Yardımı xərcləyim, gəliri sayım,
Əsir qız dıgaya söyləsin dayım.
Nə qədər kef çəkib qoysunlar laga?
Əcdadım əmanət girov torpaga.

Fəridə,səsini qısıb, aglama,
Ag yaylıgı* çarə bilib, baglama,
Maya qurban Laçın, deyib, çaglama.
Yalvarma boşuna, qalx bir ayaga,
Əcdadın əmanət girov torpaga.

ag yaylıq*-barış,təslim.


Fəridə Köçərliİbrahimova  6.05.20.
www.kafiye.net