Saatın əqrəbi sınmasın, rəqəmləri təxmin etmək mümkün…
Şeirin,ancaq son bəndi öz taleyim.


Əmanət etdim

Qalan ömrü sənlə bölüm, deyərək,
Qəlbinə köçməyə qənaət etdim.
Əmanəti xəyanətsiz öyərək,
İnamı özümə dəlalət etdim,
Ömrümü ömrünə əmanət etdim.

Sən demə saymışam öz saydıgımı,
Kim bilər Fələyin öz qoydugunu,
Tək mənə qıymadı, O, qıydıgını,
Seçilmiş bəndə tək fəqarət etdim,
Ömrümü ömrünə əmanət etdim.

Ucaltdım özümdən qat-qat yuxarı,
Ac toyuq tapmazdı, sən qədər ,,darı”,
Sənsə cavabında seçdin agyarı…
Yenə əyilmədim şərafət etdim,
Ömrümü ömrünə əmanət etdim.

Fəridəyəm hec vaxt uymadım vara,
Nə qədər düşsəm də çətinə, dara,
Qəlbimdə Allaha, vəfalı yara,
Daim sadiqliyə itaət etdim,
Ömrümü ömrünə əmanət etdim.


Fəridə Köçərli İbrahimova
15.05.20.

www.kafiye.net