Yaxın bir dost agı kimi deyilən, görüntüylə səsləndirilən bir vidio göndərib:
-Daglar sənə qayıtsam,gəlsəm,torpagını,daşını yalıya bilsəm…
Xanım olsa yenə dərd yarı…
Niyə, bilsəm?
Yolu bilmirsənmi?
Kim aparacaq,əlindən tutub dagları sənə təhvil verəcək?!
Bədahətən gələni yazdım.

Qayıtsam söyləmə, de, qayıdacam

Mahnı oxuyursan-daglar,a,daglar,
Qayıtsam,daşına mən baş qoyacam…
–Otuz il olacaq qalmısan aglar,
Dönməsəm papagı, de,boş qoyacam,
Qayıtsam söyləmə,de qayıdacam

Qayıtsam deyirsən, kim qaytaracaq
,,Tikanlı” yolları kim artlayacaq?
Səbr partlamasa, gor çartlayacaq.
Satılan yurdları çoxmu sayacam?
Qayıtsam söyləmə, de qayıdacam.

Fəridə, güc göstər düşmən, yagına,
Kim baxacaq kitab, ya varagına?
Lazımsız əşya tək od– ocagına,
Qoysalar tərpənən miz ayagına,
Yazan barmaqları de, daglıyacam,
Qayıtsam, söyləmə, de qayıdacam.


Fəridə Köçərli İbrahimova
08.05.20.
www.kafiye.net