Kategoriler

Arşivler

Təvəkkül Goruslu Kategoriler

Tarih 18 Şub 2020 Kategori: Təvəkkül Goruslu

Sən beləsən..

Sən beləsən… Düşüncəmin ortasında,Xəyalımın içindəsən.Səhərimin ertəsində,Axşamımın köçündəsən,Sən beləsən…sevgisən sən! Qəlb evimin divarında,Ürəyimin tənindəsən.Üfüqümün civarında,Mayak kimi önündəsən,Sən beləsən…sevgisən sən! İşığına dolandığım,Pərvanənəm, yanan şəmsən,Həsrətindən talandığım,Nərgizimsən, bənövşəmsən,Sən beləsən…sevgisən sən! Görüşünə tələsdiyim,Hurisən sən, bir mələksən,Əl uzadıb yetmədiyim,Arzusan sən, diləksən sən,Sən beləsən…sevgisən sən!)) Təvəkkül Goruslu.2020www.kafiye.net

Tarih 9 Şub 2020 Kategori: Təvəkkül Goruslu

XALQIM MƏNİM

XALQIM MƏNİM Havasıyla havalanan,Qarğışlanan, dualanan,Qutularda yuvalanan,Xalqım mənim, xalqın mənim! Taleyinin yasın tutan,Qutulara səsin atan,Elə orda yatan, batan,Xalqım mənim, xalqım mənim! Deputatın təzə gəlsin,Verdikləri sözə gəlsin,Şənlik gəlsin, məzə gəlsin,Xalqım mənim, xalqım mənim! Köhnə adət, təzə qanun,Kəsdirməsin önün, yanın,Xoşbəxt olsun hər insanın,Xalqım mənim, xalqım mənim! Təvəkkül Goruslu. 2020www.kafiye.nt

Tarih 9 Şub 2020 Kategori: Təvəkkül Goruslu

KƏPƏNƏYİMSƏN

KƏPƏNƏYİMSƏN Sən elə incəsən, elə gözəlsən,Çəmənəm, çiçəyəm kəpənəyimsən!Sevgidən əzəlsən, eşqdən əzəlsən,Ruhuma geydiyim nur köynəyimsən. Bu həyat, bu ömür sənlə başlamış,Sən demə öncəsi fənaya getmiş.Qəlbimdə, könlümdə bir eşq qışlamış,Səninlə oyanmış, çiləsi bitmiş! Bahara dönübdü ömrün payızı,Kəpənək- kəpənək sevgi uçurur.Gözləmir qarşıdan gələn bu yazı,Budağı göz- gözdü, puçur- puçurdu. İçimdə bir sevda vaxtsız oyanıb,Nə edim, vədəsiz zamanı seçib.Taleyim […]

Tarih 29 Oca 2020 Kategori: Təvəkkül Goruslu

ATIN

ATIN Atın şeirlərim yanan odlara,Tonqalda, alovda qurusun qanı!İnsanlar meyl edir “novator”lara,Nə üçün yaşasın yoxsa duyanı? Atın şeirlərim yanan odlara,Odunda, közündə qızınsın bəşər!Yaman aludəyik indi yadlara,Haramlıq dolanar üstünə düşər! Atın şeirlərim yanan odlara,İstisi olmazsa tüstüsü çıxar.Qalxarsa yüksəyə, uca qatlara,Çatar buludlara , şimşəktək çaxar! Atın şeirlərim yanan odlara,Kağıza düşməyən içimdə yanır!Sovurun külünü laqeyd zatlara,Görüm ki, qəflətdən millət […]

Tarih 26 Oca 2020 Kategori: Təvəkkül Goruslu

DÖNÜR

DÖNÜR Sənli ilim bir an kimi,Sənsiz anım ilə dönür.Varsan suyum mərcan kimi,Yoxsan axmır , lilə dönür. Gəlsən gülür qucağım da,Cəsuram da, qoçağam da,Getsən sönür ocağım da,Kösöv olur, külə dönür. Kədər ödül qazandıqca,Qəlb qaşında qızındıqca,Həsrət, hicran uzandıqca,Araz olur, Nilə dönür. Nisgil ömrü qora bükür,Üzə çökür, gözə çökür,Ağladıqca hönkür- hönkür,Bəmdən çıxır, zilə dönür!… Təvəkkül Goruslu.2020www.kafiye.net

Tarih 26 Oca 2020 Kategori: Təvəkkül Goruslu

DÜŞÜNMƏ

DÜŞÜNMƏ Düşünmə könlümün danı sökülüb,Gündüzü qaralıb, gecəsi gəlir.Kağıza şerimin qanı tökülüb,Son beyti, misrası, hecası gəlir! Düşünmə şeirim ölür kağızda,Söylənər, deyilər dildə, ağızda,Çevrilər türküyə, boya oğuzda,Gələndə növbəti ucası gəlir! Düşünmə şeriyyət olubdu tamam,Əzəldən burda da vardır intizam,Bəzisi uşaqdı, bəzisi cavan,İndi də nurani qocası gəlir! Təvəkkül Goruslu. 2020www.kafiye.net

Tarih 19 Oca 2020 Kategori: Təvəkkül Goruslu

QAĞA

QAĞA Rusiyada rus oluruq,Gürcüstanda gürcü, qağa.İranda da fars oluruq,Gəlləm sənnən mərci, qağa. Özümüzə Türk deyirik,Türkdən yoxdu əsər , qağa.Düşmənlərə qorx deyirik,Hanı bizdə kəsər, qağa? Ermənini bəyənmirik,Ölkəmizdə ölkə qurub.Quyruğunu düyənmirik,Cefri, İvan öndə durub. Danışmırıq dilimizi,Əcnəbinin vurğunuyuq.Dinc qoymuruq əlimizi,Əyri işin yorğunuyuq. Utanırıq adımızdan,Özümüzə ad gəzirik.Torpaq çıxıb yadımızdan,Burda hamı xan, vəzirik. Dinimiz də qarışıbdı,Tolerantıq indi, qağa.Hamı xalqlar barışıbdı,Bu […]

Tarih 12 Oca 2020 Kategori: Təvəkkül Goruslu

BU DA BİR HƏYAT

BU DA BİR HƏYAT Ruhumda qırıqlıq , cusmimdə süstlük,Gecəmlə gündüzüm dəyişib yerin.Uzaqda yaxşılıq, yaxında pislik,Heç əvəz eləmir biri o birin. Üz – üzə dayanıb sevgiylə nifrət,Birində şəhadət, birində qəzəb.Həyat davam edir, durmayır, fəqət,Çoxalmır səadət, azalmır əzab. Yumruq olan ürək dönüb yumağa,İztirab ovuca götürüb sıxır.Çatlasa ehtiyac olmaz yamağa,İçindən qan deyil, göz yaşı axır! Şikayət etmirəm bu […]

Tarih 30 Ara 2019 Kategori: Təvəkkül Goruslu

SƏHNƏ QURURUQ

SƏHNƏ QURURUQ Alqışladıq köhnə ili durmadan,Guya ki, inkişaf göz önündədi.Ləzzət aldıq səhnə ili qurmadan,Təzə də köhnənin öz yönündədi! Yaşarıq yenə də köhnə günlərin,Adı təzə olan gələn ilin də.Atmışıq arxivə sayıb minlərin,Həkk edib tarixə urus dilində. Söylədik düşmənə hədyanlar dedik,Özünü təsdiqçün yenə deyərik.İrəli getmədik, önündən yedik,Başını sallayıb yenə yeyərik! Varlının sərvəti artdıqca yenə,Kasıbın qəlbinin artar qubarı.Varlının […]

Tarih 30 Ara 2019 Kategori: Təvəkkül Goruslu

İMANA TƏRƏF

İMANA TƏRƏF Günahsız birini gizli, xəbərsiz,Dostluqdan silməyin heç asan deyil.Canına, ruhuna ötməz xətərsiz,Vicdan söylənilən heç susan deyil! Mərhəmət deyilən bir hiss vardır ki,Zalıma, qansıza tamamən yaddır.Qısqanc ürəyinə söylə, çatdır ki,Dostluq yeyilməyən bir başqa daddır! Sevdalı könülə tac olan biri,Könül sahibinə zəhər yedirtməz.Ələyib üstünə olmayan şəri,Adamı dəlirtməz, hədyan dedirtməz! Odur ki, sığınıb səbrə, dözümə,Təvəkkül yol almaz […]