Sən beləsən...

Düşüncəmin ortasında,
Xəyalımın içindəsən.
Səhərimin ertəsində,
Axşamımın köçündəsən,
Sən beləsən…sevgisən sən!

Qəlb evimin divarında,
Ürəyimin tənindəsən.
Üfüqümün civarında,
Mayak kimi önündəsən,
Sən beləsən…sevgisən sən!

İşığına dolandığım,
Pərvanənəm, yanan şəmsən,
Həsrətindən talandığım,
Nərgizimsən, bənövşəmsən,
Sən beləsən…sevgisən sən!

Görüşünə tələsdiyim,
Hurisən sən, bir mələksən,
Əl uzadıb yetmədiyim,
Arzusan sən, diləksən sən,
Sən beləsən…sevgisən sən!))



Təvəkkül Goruslu.2020
www.kafiye.net