ATIN

Atın şeirlərim yanan odlara,
Tonqalda, alovda qurusun qanı!
İnsanlar meyl edir “novator”lara,
Nə üçün yaşasın yoxsa duyanı?

Atın şeirlərim yanan odlara,
Odunda, közündə qızınsın bəşər!
Yaman aludəyik indi yadlara,
Haramlıq dolanar üstünə düşər!

Atın şeirlərim yanan odlara,
İstisi olmazsa tüstüsü çıxar.
Qalxarsa yüksəyə, uca qatlara,
Çatar buludlara , şimşəktək çaxar!

Atın şeirlərim yanan odlara,
Kağıza düşməyən içimdə yanır!
Sovurun külünü laqeyd zatlara,
Görüm ki, qəflətdən millət oyanır!



Təvəkkül Goruslu. 2020
www.kafiye.net