DÜŞÜNMƏ

Düşünmə könlümün danı sökülüb,
Gündüzü qaralıb, gecəsi gəlir.
Kağıza şerimin qanı tökülüb,
Son beyti, misrası, hecası gəlir!

Düşünmə şeirim ölür kağızda,
Söylənər, deyilər dildə, ağızda,
Çevrilər türküyə, boya oğuzda,
Gələndə növbəti ucası gəlir!

Düşünmə şeriyyət olubdu tamam,
Əzəldən burda da vardır intizam,
Bəzisi uşaqdı, bəzisi cavan,
İndi də nurani qocası gəlir!



Təvəkkül Goruslu. 2020
www.kafiye.net