SƏHNƏ QURURUQ

Alqışladıq köhnə ili durmadan,
Guya ki, inkişaf göz önündədi.
Ləzzət aldıq səhnə ili qurmadan,
Təzə də köhnənin öz yönündədi!

Yaşarıq yenə də köhnə günlərin,
Adı təzə olan gələn ilin də.
Atmışıq arxivə sayıb minlərin,
Həkk edib tarixə urus dilində.

Söylədik düşmənə hədyanlar dedik,
Özünü təsdiqçün yenə deyərik.
İrəli getmədik, önündən yedik,
Başını sallayıb yenə yeyərik!

Varlının sərvəti artdıqca yenə,
Kasıbın qəlbinin artar qubarı.
Varlının peysəri verdikcə enə,
Kasıbın daşlaşar əldə qabarı.

Əskisi tüstülü olan xalqıma,
Yenə də tamaşa , səhnə qururuq.
Guya ki, hazırıq , çataq dadına,
“Təzə” sığallayıb, “köhnə” vururuq!

Təvəkkül Goruslu.2019
www.kafiye.net