BU DA BİR HƏYAT

Ruhumda qırıqlıq , cusmimdə süstlük,
Gecəmlə gündüzüm dəyişib yerin.
Uzaqda yaxşılıq, yaxında pislik,
Heç əvəz eləmir biri o birin.

Üz – üzə dayanıb sevgiylə nifrət,
Birində şəhadət, birində qəzəb.
Həyat davam edir, durmayır, fəqət,
Çoxalmır səadət, azalmır əzab.

Yumruq olan ürək dönüb yumağa,
İztirab ovuca götürüb sıxır.
Çatlasa ehtiyac olmaz yamağa,
İçindən qan deyil, göz yaşı axır!

Şikayət etmirəm bu da bir həyat,
Acının altında doğulur şirin.
Alınıb yeyilib, bitəcək, heyhat,
Acını bal kimi udsam, afərin!



Təvəkkül Goruslu. 2019
www.kafiye.net