Kategoriler

Arşivler

Çingiz Kürdəmirli Kategoriler

Tarih 6 Eyl 2019 Kategori: Çingiz Kürdəmirli

A yaza, yaza

Şair olsa idin, dostlarım kimi,
Şeir yazardınmı, Ayaz, ayaza?..
Görən olubdumu, dostlarım, kimi,
Bir – iki söz tapıb, ayaza yaza?

Tarih 2 Eyl 2019 Kategori: Çingiz Kürdəmirli

Dərdimizdən

Ayıra bilmədik ağı qaradan,
Saldı saçımıza çox dərdimiz dən…
Bu cür xəlq eləyib bizi Yaradan,
Söhbət açammırıq heç dərdimizdən.

Tarih 11 Tem 2019 Kategori: Çingiz Kürdəmirli

Sarsılmış ürəkdi

Bürüyüb qüssə-kədər, əjdahatək kamına çəkdi,
Bir ömür getdi hədər, hər şeyə bais bu fələkdi.

Qələmim həssas idi, hər sətirin ünvanı vardı,
Bilirdim yazdığımın var dəyəri…Xalqa gərəkdi.

Tarih 8 Tem 2019 Kategori: Çingiz Kürdəmirli

Qismət olsun

Var-dövlət heç nə demir,
Ol, sənə qismət olsun,
Mənə bir sağlam ömür,
Pul sənə qismət olsun.

İtirmədim soy-kökü,
Seçirəm tükdən, tükü,
Çiynimə qeyrət yükü, 
Çul sənə qismət olsun,

Öz sözümü deyirəm,
Şər zamanda xeyirəm,
Nəyim varsa yeyirəm, 
Zıl sənə qismət olsun.

Məsləhətim əbəsdi,
Səndə vara həvəsdi,
Mənə qarışqa bəsdi,
Fil sənə qismət olsun.

Haqlı-haqsız söyülən,
Yerli-yersiz əyilən…
“Püli-Sirat”* deyilən,
Qıl sənə qismət olsun.

Yaranır xoş bir əhval,
Görsəm, ağ yanaqda xal,
Dadmayasan matah mal,
Çil sənə qismət olsun.

Döy gözünü mal kimi,
Bax Çingizə hal kimi,
Gah zəhər, gah bal kimi,
Dil mənə qismət olsun.

Püli-Sirat* – Qıl körpü 
Çingiz Kürdəmirli

Tarih 6 Tem 2019 Kategori: Çingiz Kürdəmirli

Busə, sinə.

Yatmışdım, qəfil ayıldım,
Taleyimin bu səsinə…
Fələk məni qarğıyırdı:
–“Həsrət qal, yar busəsinə!”

Tarih 19 Haz 2019 Kategori: Çingiz Kürdəmirli

Balasərdi

Hacı Vahid mənə sifariş etdi,
Dedi yaza bilsən, bax…Bal əsərdi…
İlham pərim, indi sən kömək et di,
Bu təcnisdə qafiyə Balasərdi.

Tarih 29 May 2019 Kategori: Çingiz Kürdəmirli

Barış mənimlə.

Günahım yox, bu ki sənə əyandır,
Ağ bayraq qaidırım, barış mənimlə,
Sevgi məşəlini əlinlə yandır,
Girək eşq oynuna, yarış mənimlə.

Tarih 25 May 2019 Kategori: Çingiz Kürdəmirli

Dost umanda 

Görəsən qalıbmı daha,
Bu dünyadan dost uman, da?
Deyin, niyə çıxır yoxa,
Öz dostundan dost umanda!?

Tarih 8 May 2019 Kategori: Çingiz Kürdəmirli

Yaddaşımızdan

Hamımız narazıyıq zehnimizdən, yaddaşımızdan, 
İnternet sevgisi məhrum eləyib sirdaşımızdan.

Gör nələr bəxş eləyib, öz elmi ilə neyrocərrah,
Güzgüyə nəzər salıb, zövq alırıq göz-qaşımızdan.

Tarih 8 May 2019 Kategori: Çingiz Kürdəmirli

Qəlbim Bankomat kimidir.

Bax ekrana, feyziyab ol, 
İndi hamı şad kimidir,
“Halal”dı tutulan bu yol,
Bizə etimad kimidir.