Salam, əziz dostlarım. Dəfələrlə özümə söz verirəm ki, qələmi tullayım getsin, yenə sözümə yalançı çıxıram. Bu “təcnis”
xəstəliyi məni hardan tapdı görəsən? ((((

Dərdimizdən
(təcnis)

Ayıra bilmədik ağı qaradan,
Saldı saçımıza çox dərdimiz dən…
Bu cür xəlq eləyib bizi Yaradan,
Söhbət açammırıq heç dərdimizdən.

Gün – gündən tükənir saf ab, hava ya,
Çirkdən buxarlanmır ta ab havaya,
Öyrənmişik, Tanrım, bu ab – havaya,
Nə bizi dərddən al, nə dərdi mizdən!..

Təyin eylədilər “məlik”…Məmmədi,
Heç görə bilmədi Məlik Məmmədi,
Hardan tapaq indi Məlikmmmədi,
Qoparsın bu boyda de, “dərdi” mizdən?

Cani – dildən nifrət etdik səcdə…Gah,
Məmurun önündə etdik səcdə, gah,
Çox mizlər çoxuna oldu səcdəgah,
Qüssə, ələm, kədər, ah dərdi mizdən…

Al – əlvandı, indi olub qara bağ,
Açılmadı düyün düşən qara bağ,
Eyni dərdimiz var….Adı Qarabağ!
Tanınır mənim də öz dərdim izdən…

Çingiz, səbəb nədir, aləm qarışdı?
Ruhum deyir hünər göstər, qarış di…
Haqq dünyayla aram, bircə qarışdı,
İki kəlmə yazdım ki, dərdim! İzdən…! (l).

02.O9. 2019
Çingiz Kürdəmirli
www.kafiye.net