Son zamanlar bizdə elektrik enerjisi fasilələrlə verildiyindən bir çox status və şeir nəzərimdən  yayınır. Amma dünən gecə bir neçə məqamı diqqətlə izləməyə müvəffəq oldum… Və beynimdə gic bir ideya baş qaldırdı… Nəticədə qüsurlu olsa da,  bir təcnis anadan oldu….

P.S. Məncə belə bir mövzunu özününkü hesab hesab edən də olacaq, dostlardan….

Busə, sinə. (yarı zarafat)

Yatmışdım, qəfil ayıldım,
Taleyimin bu səsinə…
Fələk məni qarğıyırdı:
–“Həsrət qal, yar busəsinə!”

Bu “Qədər”dən, di gəl, yol um,
Başmda tük də yox yolum,
Gördüm, “o yanlıq”dı yolum,
Yaddan çıxdı busə, sinə…)))

Yaşamadım cani – dildən,
Saçlarıma saldı dil dən,
Zəhər tökülürsə dildən,
Dodağının busəsi nə?..

Tulla qısqanclığın daşın,
Aşiqi sancmaqdan daşın…
Eşqinizdə cöşub – daşın,
Gərək ruha busə sinə.

Çingiz, hər şeydən söz (ö)ündə,
Həqiqət çoxdu sözündə,
Oxunmursa bir sözün də,
Kimə çatar bu səsin, ə?…

06. 07. 2019.
Çingiz Kürdəmirli.
www.kafiye.net