Barış mənimlə.
(Yada düşən xatirələr)

Günahım yox, bu ki sənə əyandır,
Ağ bayraq qaidırım, barış mənimlə,
Sevgi məşəlini əlinlə yandır,
Girək eşq oynuna, yarış mənimlə.

Dəqiqəm, saatım, hər anımdasan,
Ahımda, naləmdə, fəğanımdasan,
Cismimdə, ruhumda və qanımdasan,
Xəyalın eyləyir vuruş mənlmlə.

Daha acı bir söz gəlməz dilimə, 
Dönsən əvvəlkidək əgər gülümə,
Əllərin toxunsa biı ki, əlimə,
Fələk də gətirməz duruş mənlmlə.

Çingizəm, cismimdə qalmayıb dözüm,
Qoyma bu həyatdan əlimi üzüm,
Qurban olsun sənə gecəm, gündüzüm,
Qol dola boynuma, sarış mənimlə.

Çingiz Kürdəmirli.
www.kafiye.net