Dünən Ayaz adlı bir tanışım məndən soruşdu ki, bu qədər şeir yazırsan, bir şey çıxır heç olmasa? Dedim ki, mən neft quyusu qazmıram, qardaşım. Belə şeydən mənfəət güdmürük. Vicdanımız rahat olmur, yazmasaq. Və oxuyub məmnun qalan da çox olur. Sən bunu çətin başa düşərsən.
Yeni bir təcnis əmələ gəldi bu səbəbdən. P.S. Xahiş edirəm, diqqətlə oxuyun. Bir qədər çətin başa düşüləndir. İzahat yazanda da
maraq olmur, deyirlər.

A yaza, yaza
(təcnis)

Şair olsa idin, dostlarım kimi,
Şeir yazardınmı, Ayaz, ayaza?..
Görən olubdumu, dostlarım, kimi,
Bir – iki söz tapıb, ayaza yaza?

Çoxu öyrənibdi lənət qazana,
Bu zamanda gəl, düz yolla qazan, a,
Bir evdə neçə göz baxır qazana,
Əl də istəmir ki, ay, aza, yaza.

Kimi məni duya, kimi “qal” ana,
Yandığım bu oda kimi qalana,
Varmı bu dünyanı tutub qalan, a?
Vaxtı keçiririk a, yaza – yaza…

Çoxumuzun, de nə üçün, meyli miz,
Cəzb eləyir cismi, ruhu, “meyli miz,”
Gah Şərqədir, gah da Qərbə meylimiz,
Gedən də düz yolu, ay, aza, yaza!

Su çatışmır, Yerə salmır kökün dən,
Arıqlara bəla gəlir kökündən,
Yazıram dərdlərin, qəmin kökündən,
Nəğmə qoşur çoxu, a Yaza, Yaza!

Daha əvvəlkitək düşünmür baş da,
Qəlbim deyir vaxtdı, köçünü başda, (L)
Cüssəli bir məmur, yuxarı başda,
Nə yapsa deyirik : – Aya, “za” !.. “Ya za”!

Çoxdan möhtac olub ürək, göz “ün”ə,
Kasıb kəsin söylə, görən gözü nə?
Varlının görünmə, çalış, gözünə,
Deyəcəkdir çünkü, aya, zay aza!

Loxma boğma olub, qarışıb maya,
Nələrə qoyulur bu qədər maya,
Bir ay da əlavə etsinlər Maya,
Bəs etmir… Bu qədər ay az …a Yaza.

Təbim zəncir qırıb, olmayır a, ram,
Qələmim oxlayır, ta aram – aram,
Sözdən xəbərsizlə azdırsa aram,
Çingizəm, dözmürəm a, yaz(h)ayaza!

06.09.2019.
Çingiz Kürdəmirli.
www.kafiye.net