“”Bir Payiz günü “” şeirimi bəyan edirəm.

Soyunur yay donunu,
Ağaçlar yarpaq–yarpaq.
Özünü günə verir,
Meşələr çilpaq–çilpaq.

Soyunub duyğu –duyğu,
Yarpaq tökür ürəklər.
Duyğulari yarpaq tək,
Yeli qovur küləklər.

Göylər dolur boşalir,
Yenə də bulud–bulud.
Ürəklər gah boşalir,
Gah dolur ümid –ümid.

Ümidlərimiz xoş anlarla bir olaraq,Var olun–Əziz Dostlar.

Aygün Hüseyn
www.kafiye.net