Göndər mənə

Çiçəkləyib arzu, dilək,
Duyğularım həzin, kövrək.
Bir məhəbbət məktubu tək,
Ürəyini göndər mənə.

Şükür olsun xoş diləyə,
Daha gərək yox gileyə.
Ruhumu isindirməyə,
Ürəyini göndər mənə.

Aygün bir cənnət bağıdır,
Ruhum şəfa bulağıdır.
Sevgimin bahar çağıdır.
Ürəyini göndər mənə.

Hər birinizə –Xoş sevincli anlar nəsib olsun. Amin.

Aygün Hüseynli
www.kafiye.net