SEVMİŞƏM SƏNİ



Adın nəğmə olub gül dodağımda,

Gülür təravətin can otağımda,

Ömrün baharında, könül bağında,

Çiçəklər açanda sevmişəm səni.



Sərmişəm ömrümü illərin üstə,

Həvəsim coşubdu sellərin üstə,

Açıb qanadını güllərin üstə,

Kəpənək uçanda seçmişəm səni.



Aygün yerə atıb həsrət daşını,

Ruhunda yaşadır can sirdaşını.

Bülbül gül üstünə qoyub başını,

Boynunu qucanda sevmişəm səni.



SEVƏK—SEVİLƏK!!!! AMİN AMİN AMİN



Aygün  Hüseyn
www.kafiye.net