Şabanım

(Müsəlman təqviminin Şaban-Peyğəmbər ayına həsr edirəm)

Ayların içində müqəddəsimsən,
Haqqin dərgahına gedən səsimsən.
Sənə dəyər verən Xaliqə əhsən,
Hər anın əzizdir mənə, Şabanım!

Heç vədə qalmadım ibadətimdən,
Yaradan agahdır hər niyyətimdən,
Könlümə pay göndər səadətindən,
Hər anın əzizdir mənə, Şabanım!

Hər etdiyim dua, qıldığım namaz,
Aygünün qəlbinə yaz gətirir, yaz.
Quran sədalıdır sinəmdə avaz,
Hər anın əzizdir mənə, Şabanım!

Allahdan –Hər birinizə Cansağığı,ruzu bərəkət,xoş sevincli anlar nəsibiniz olsun Aminnnnn

Aygün Hüseynli
www.kafiye.net