Üçrəngli Bayraq

Sən işıq səpmisən vətən sözünə,
Od, hənir olmusan yurdun közünə,
Müqəddəs rənglərin gülür üzümə,
Arzum, həvəsimsən, üçrəngli bayraq!

Baxırsan dünyaya zirvə başından,
Yurdun torpağından, yurdun daşından,
Əzizsən vətənin hər qarışında,
Könül fərəhimsən, üçrəngli bayraq!

Səndədir, əllərin uca vüqarı,
Sənsən ürəklərin əhdi, ilqarı,
Səndə fəda olub şəhid canları,
Sevgi zirvəsisən üçrəngli bayraq!

Qüdrəti səndədir neçə min canın,
Ünvanı olmusan xoş həyəcanın,
Doğma Odlar yurdu-Azərbaycanın,
Müqəddəs səsisən üçrəngli bayraq!

Yaşa, var ol-Vətənim Azərbaycan!!!

Aygün Hüseynli
www.kafiye.net