Aygün Hüseyin

GÜLÜMSƏYİR ÇİÇƏKLƏR


Tanrı sənin ürəyindən dəribdir,
Yollarıma sevincini səribdir.
Baxışların sevgi ətri səpibdir,
Əllərimdə gülümsəyir çiçəklər.


Könlün burda hər gün qanad çalıbdı,
Duyğu-duyğu xəyallara dalıbdı.
Üz-gözündə məhəbbətin qalıbdı.
Əllərimdə gülümsəyir çiçəklər.


Aygün, həsrət ilmə-ilmə sökülür,
Ayrılığın daha qəddi bükülür.
Hər ləçəkdən sevgi nuru tökülür,
Əllərimdə gülümsəyir çiçəklər.

AYGÜN HÜSEYNSevin –Sevilin !!! Aminnnn
www.kfiye.net