Kategoriler

Arşivler

Solmaz ŞİRVANLI Kategoriler

Tarih 14 Haz 2016 Kategori: Solmaz ŞİRVANLI

Gözəl Pəri.

Qəfildən qarşıma çıxdı bu ceyran,
Camalın görəntək bil oldum heyran,
Gözlər piyalədir,kirpiklər müjgan,
Oxladın sinəmi sən gözəl pəri.

Tarih 14 Haz 2016 Kategori: Solmaz ŞİRVANLI

BETƏR.

Mən səni heç zaman belə bilməzdim,
Necə soyuqsanmış buzdan da betər,
Sən elə incəydin,elə zərifdin,
İşvəli,qəmzəli qızdan da betər.

Tarih 14 Haz 2016 Kategori: Solmaz ŞİRVANLI

Nədir??

Əvvəl sındırırsan,qəsd eyləyirsən,
Sonradan könlümü almağın nədir?
Daha inanmaram bir daha sənə,
Təzədən qeydimə qalmağın nədir?

Tarih 13 Haz 2016 Kategori: Solmaz ŞİRVANLI

Darıxmışam sənin üçün!!!

Sənsən mənim səhər mehim,
Güllər üstə düşən şehim,
Yağışda qövsi-qüzehim,
Darıxmışam sənin üçün!

Tarih 12 Haz 2016 Kategori: Solmaz ŞİRVANLI

Çağır Gəlim

Çağır gəlim,qoy yaşayım elində,
Nəğmə olum ,bitim sənin dilində,
Qoy alışım kösövündə,külündə,
Alovuna,həm közünə bələnim,
Yağmur olum ürəyinə çilənim.

Tarih 12 Haz 2016 Kategori: Solmaz ŞİRVANLI

Edəcək.

Qəm yemə,qəm çəkmə divanə könlüm,
Dünya belə gəlib,belə gedəcək.
Hər kəs ki,dolanır Əhmədi biqəm,
Axırda özünü zəban edəcək!!

Tarih 12 Haz 2016 Kategori: Solmaz ŞİRVANLI

Neynim?

Yüklənib üstümə dünyanın qəmi,
Açılmır ürəyim,gülməyir üzüm.
Yemişəm bəxtimdən seyli-sitəmi,
Hələ də yollara dikilib gözüm.

Tarih 11 Haz 2016 Kategori: Solmaz ŞİRVANLI

Eyləmisən.

Almısan zalım balası əqlimi başımdan mənim,
Gəlginən sən halımı bax gör nə divan eyləmisən
Başıma min oyun açıb sən salmısan dərdə məni,
Odlayıb könlüm evini tuti -zəban eyləmisən.

Tarih 10 Haz 2016 Kategori: Solmaz ŞİRVANLI

BU QIZ!

BU QIZ! ÜZÜNDƏ, GÖZÜNDƏ GÜNƏŞİN NURU.
BU QIZ YA MƏLƏKDİR,YA DA Kİ,HURİ,
ÖZÜNDƏN BÖYÜKDÜR VALLAH QÜRURU,
SEVƏN NEÇƏSİNİ SINDIRIB BU QIZ!

Tarih 10 Haz 2016 Kategori: Solmaz ŞİRVANLI

Deyil.

Nə qədər əzablar çəksə də könül,
Tanrıdan özgəyə güvənən deyil,
Bir sevgi möhtacı olan ürəyim,
Əl açıb heç kəsə dilənən deyil!!