Nədir??

Əvvəl sındırırsan,qəsd eyləyirsən,
Sonradan könlümü almağın nədir?
Daha inanmaram bir daha sənə,
Təzədən qeydimə qalmağın nədir?

Ömürdə bir dəfə bağlandım sənə,
Alışdım odunda tez düşdüm çənə,
Qəlbimdə olanı demişdim sənə,
Bəs məni odlara salmağın nədir?

Dost olan dostina vurarmı dağlar,
Sındırdın könlümü eylədin ağlar,
Solmaz ürəyini Rəbbinə bağlar,
Min cür xəyallara dalmağın nədir,
Onu yaralayıb çalmağın nədir??….

Şamaxı,Ovculu
Solmaz Şirvanlı
www.kafiye.net