Neynim?

Yüklənib üstümə dünyanın qəmi,
Açılmır ürəyim,gülməyir üzüm.
Yemişəm bəxtimdən seyli-sitəmi,
Hələ də yollara dikilib gözüm.

Yazılıb ömrümə,bəxtimə acı,
Yoxdur anam-atam,başımın tacı,
Kaş ki,qayıdalar dərdim əlacı,
Sevincdən axıdam yaş düzüm-düzüm.

Ağlamaqdan kor olacaq gözlərim,
Qalacaq yadigar şerim-sözlərim,
Silinəcək bu dünyadan izlərim,
Aglayar dalımca şerimlə,sözüm.

Anam yox oxşayıb ağlaya məni,
Axtarıb tapmaya çölü-çəməni,
Rəhmətlər deyirəm mən qəni-qəni,
Bürüyüb dünyanı alovum-közüm.

Solmazam,həmdəmim qələmlə,kağız,
Gəlib oxşayan yox məni bir ağız,
Yarımaz bəndədir kimsədən bu qız,
Yazıram,deyirəm bax sözün-düzün!!!

12-06-2016
Müəllif:Solmaz Şirvanlı
Şamaxı,Ovculu kəndi