Darıxmışam sənin üçün!!!

Sənsən mənim səhər mehim,
Güllər üstə düşən şehim,
Yağışda qövsi-qüzehim,
Darıxmışam sənin üçün!

Hardasan ay gözüm,canım,
Ay hamıdan mehribanım,
Ürək dostum,pasibanım,
Darıxmışam sənin üçün!!

Nolar bircə söz söylə sən,
Kabab ollam köz söylə sən,
Gələcəyəm;döz söylə sən,
Darıxmışam sənin üçün!!

Salma bu Solmazı dərdə,
Vəfa hanı gözəllərdə,
De hardasan,göydə,yerdə?
Darıxmışam sənin üçün!!!….

Şamaxı,Ovculu kəndi
Solmaz Şirvanlı
www.kafiye.net