Gözəl Pəri.
Qəfildən qarşıma çıxdı bu ceyran,
Camalın görəntək bil oldum heyran,
Gözlər piyalədir,kirpiklər müjgan,
Oxladın sinəmi sən gözəl pəri.

Bu gözəli vəsf eyləyim necə mən,
Onsuz qəribsəyər valllah çol çəmən,
Mayil oldum gül üzün görüncə mən,
Görməyəsən heç vaxt çən gözəl pəri.

İstədim ki,edək sənlə toy-nişan,
Dedin nişanlıyam oldum pərişan,
İndi mənəm həsrətindən alışan,
Saldın saçlarıma dən gözəl pəri.

Səd afərin səni sevən oğlana,
Yazıq ürək həsrətindən dağlana,
Könlüm çətin özgəsinə bağlana,
Ürəkdən deyirəm mən gözəl pəri.

Şükr olsun Tanrının qoy cəlalına,
Görənlər vurulur xətti-xalına,
Bir gün gələ toy-büsatın çalına,
Bölüşək sevinci tən gözəl pəri.

Solmazam,vuruldum bəstə boyuna,
Barı insaf eylə çağır toyuna,
Şeir deyim qaşlarının yayına,
Olasan gülərüz,şən gözəl pəri.

28mart 1998-ci il
Şamaxı,Ovculu
www.kafiye.net