Edəcək.

Qəm yemə,qəm çəkmə divanə könlüm,
Dünya belə gəlib,belə gedəcək.
Hər kəs ki,dolanır Əhmədi biqəm,
Axırda özünü zəban edəcək!!

Gəl çəkmə kimsənin dərdi-qəmini,
Yaş axıtma,sil gözünün nəmini,
Bəsdir daha çəkdin yar sitəmini,
Gün gələcək nadan özün didəcək.

Solmazın,ürəyi tükdən incədir,
Guya ki,bu həyat ürəyincədir?
Aydın gündüzləri zülmət gecədir,
Zülmətlərdən nur sabaha gedəcək..


11-06-2016
Müəllif:Solmaz Şirvanlı

Şamaxı,Ovculu kəndi.
www.kafiye.net