BETƏR.

Mən səni heç zaman belə bilməzdim,
Necə soyuqsanmış buzdan da betər,
Sən elə incəydin,elə zərifdin,
İşvəli,qəmzəli qızdan da betər.

Sənsiz həyat mənə həyat deyil ki,
Səndən ayrılıqda ölürəm bil ki,
Gəl gözümdən axan yaşları sil ki,
Yandırır üzümü duzdan da betər.

De nə var qəlbində aç özün söylə,
Heç aşiq yandırmaz aşiqin beylə,
Gəl ovut qəlbimi kamanla-neylə,
Yoxluğun dağ çəkir közdən də betər.

Solmazın ürəyi bağlıdır sənə,
Yoxdur ürəyində qeyri kimsənə,
Dözməyir hicrinə ağlayır yenə,
O səni sevibdir öz canı qədər,
Oğuldan da betər,qızdan da betər!!!

Şamaxı,Ovculu kəndi
Solmaz Şirvanlı
www.kafiye.net