Deyil.

Nə qədər əzablar çəksə də könül,
Tanrıdan özgəyə güvənən deyil,
Bir sevgi möhtacı olan ürəyim,
Əl açıb heç kəsə dilənən deyil!!

Qalmışam baş-başa özüm-özümlə,
Günümü keçirrəm şerim-sözümlə,
Hər kəsim çağırır gəl,qal bizimlə,
Könlüm başqa səmtə yönələn deyil!

Bir dəli sevdadan doğulmuşam mən,
Özüm öz içimdə boğulmuşam mən,
Öz ata yurduma oğulmuşam mən,
Könlüm daha qəmə bələnən deyil!

Yazıram bu şeri mən yana-yana,
Oxuyan oxusun qoy qana-qana,
Solmaz xəlbirlənib gəlib cahana,
Özgə ələyində ələnən deyil!
Bir daha qəmlərə bələnən deyil!!!

Müəllif;Solmaz Şirvanlı
26-01-2016
www.kafiye.net