Kategoriler

Arşivler

Nazli Hacili Kategoriler

Tarih 26 Ağu 2016 Kategori: Nazli Hacili

SƏNİN

Niyə özgə oda məni atırsan,
Od ver, öz oduna qalanım sənin.
Bəlkə qaşlarını qəstdən çatırsan,
Dərdindən üzülüb,talanım sənin?

Tarih 26 Ağu 2016 Kategori: Nazli Hacili

DEYİRLƏR

Naqis anlamaz ki,danlanır niyə,
Düz sözü deyəndə düzə deyirlər.
Sinəni oxlaya bilən kipriyə,
Məhəbbət dilində nizə deyirlər

Tarih 26 Ağu 2016 Kategori: Nazli Hacili

BƏXŞİŞ.

Zəng elədin,səsin gəldi,şad oldum,
Bir sözünlə mənə verdin dünyanı.
Bu sevgidən deməyəcəm yoruldum,
Sən ən əziz tənə verdin dünyanı.

Tarih 26 Ağu 2016 Kategori: Nazli Hacili

TÖHFƏNƏ SƏNİN..

Yenə gülə-gülə telin darandı,
Günəşmi qonubdur çöhrənə sənin?
Qəlbimdə gözəl bir süvgi yarandı,
Bəlkə calaq edim pöhrənə sənin?

Tarih 26 Ağu 2016 Kategori: Nazli Hacili

UYMADI

Necə fəth elədin mənim könlümü,
Könlüm səndən özgə kəsə uymadı.
İstədi aldatsın qənim könlümü,
Sözləri çəp gəldi,nəsə uymadı

Tarih 14 Ağu 2016 Kategori: Nazli Hacili

Qızım

Mənə xatirəsən ən xoş günümdən,
Qanın qanımdandır,canın canımdan,
Heç zaman ayrılma mənim yanımdan,
Sən mənim şərəfim,şanımsan,qızım.

Tarih 14 Ağu 2016 Kategori: Nazli Hacili

GEDECEM..

Bir zaman demişdim,xəyanət etsən,
Sənə söz demədən çıxıb gedəcəm.
Başqa bir afətin ardınca getsən,
Son dəfə gözünə baxıb gedəcəm.

Tarih 14 Ağu 2016 Kategori: Nazli Hacili

DEYİRLƏR..

Naqis anlamaz ki,danlanır niyə,
Düz sözü deyəndə düzə deyirlər.
Sinəni oxlaya bilən kipriyə,
Məhəbbət dilində nizə deyirlər.

Tarih 14 Ağu 2016 Kategori: Nazli Hacili

KİM QALACAQ..

Ay ata,dünyadan köçməyə köçdün,
Bilmədin gözlərim nəm qalacaqdı?
Belə köçümünlə bağrımı sökdün,
Könlümün bir səmti kəm qalacaqdı..

Tarih 9 Ağu 2016 Kategori: Nazli Hacili

BİRGƏLİK..

Durmuşam qarşında bu mən,o da sən,
Hazıram cavaba məndən nə sorsan.
Mən canlı insanam,çən deyiləm,çən,
Lal duram,dinməyəm çəndən nə sorsan.