GEDECEM..

Bir zaman demişdim,xəyanət etsən,
Sənə söz demədən çıxıb gedəcəm.
Başqa bir afətin ardınca getsən,
Son dəfə gözünə baxıb gedəcəm.
*
Dedim:qıyma qəlbi hicran yalasın,
Qoyma eşqimizi əğyar talasın,
Əzabla tikdiyim bu eşq qalasın,
Bir göz qırpımında yıxıb gedəcəm.
*
Namərdlik eyləsən görünmə gözə,
Sıxılma,suçunu vurmaram üzə,
Bir də gəlməməkçün sənlə üz-üzə,
Sakitcə dişimi sıxıb gedəcəm.
*
Eşqimlə bir saray hördüm adına,
Bir daha sən məni salma yadına,
Məni saldığın tək bu qəm oduna,
Səni də yandırıb,yaxıb gedəcəm.

Nazlı Hacılı.
5.08.2015.
www.kafiye.net